Qazaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomagistralının Qazaxbəyli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan Vaz 2107 markalı minik avtomobili Mercedes markalı ağır tonajlı yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü Kamran Salmanov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.