Prezident İlham Əliyev Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və icrasına nəzarət etməlidir. Həmçinin, Nazirlər Kabineti dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikası prezidentinə məlumat verməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.