Nəsiminin 40 günlük icra başçısı ilə bağlı yeni təfərrüat - RTV

Bakının Nəsimi rayonunun ay yarımlıq icra başçısı Elxan İbrahimov işdən çıxarılıb. RTv xəbər verir ki, Elxan İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub. Bildirilir ki, Elxan İbrahimov vəzifəsinə təyin olunan kimi məşhur çiçək mağazalar şəbəkəsinin birinin üzərinə 200 min manat öhdəlik qoyub. Mağazalar şəbəkəsi də buna görə ölkə rəhbərliyinə şikayət edib.