"Məni tapıb soruşdu ki, gözlədiyim hədiyyəni niyə gətirməmişdiniz?" - Şaxta Baba "Həmsöhbət"də

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində "Həmsöhbət" verilişinin qonağı Laplandiyadan gəlmiş Şaxta Baba olub. Verilişdə qonaq qismində iştirak edən aktyor, aparıcı, prodüser və Şaxta Baba kimi tədbirlərə gedən Samir Alıməmmədov bildirib ki, bu obrazı yaratmaqda məqsədi insanlara nağıl bəxş etməkdir.

Samir Alıməmmədov aktyor kimi özünü daha rahat hiss etdiyini vurğulayıb. O, tamaşaçıların "Hacı dayı nəvələri" kanalında onun çıxışlarına baxa biləcəyini qeyd edib. Aktyor, həmçinin, rus və ingilis dillərini bilməsinin səbəbini digər millətlərdən olan uşaqları təbrik etmək istəyi ilə izah edib.

Şaxta Baba "Həmsöhbət"də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrik edərək, yeni ilin mübarək olmasını arzulayıb. "Məni tapıb soruşdu ki, gözlədiyim hədiyyəni niyə gətirməmişdiniz?" deyə Samir Alıməmmədov bildirib.