"Mən özümü təqsirli bilmirəm" - Kamran Əsədov - Məhkəmə prosesi keçirildi - RTV

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan şəxslər barədə ibtidai istintaq davam edir. Təhsil eksperti Kamran Əsədova Cinayət Məcəlləsinin 302.3 və 32.5, 308.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Gəncə şəhər məhkəməsində keçirilən prosesdən əvvəl Kamran Əsədov RTV-yə açıqlamasında bildirib ki, məhkəmə obyektiv və ədalətli keçirilir. O, ittiham olunduğu cinayət işləri üzrə özünü təqsirli bilmədiyini vurğulayıb.

"Bu gün Gəncə şəhər məhkəməsində ittiham olunduğumuz cinayət işi üzrə növbəti məhkəmə baxış iclası oldu. Məhkəmə çox obyektiv, ədalətli, açıq şəkildə keçirildi və dövlət danışımının, ittihamçının, həmçinin hakimin mövqeyini bildirdikdən sonra da birmənalı şəkildə qeyd edim ki, qeyd edilən cinayət işləri üzrə mən özümü təqsirli bilmirəm."

Kamran Əsədov əvvəllər də Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəməyə verilib. Məhkəmənin 18 fevral 2015-ci il tarixli hökmü ilə o, cərimə və qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilib.