Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana kələm yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib. Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kq 475 qram narkotik vasitə marixuana aşkar edilib.