Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - RTV

Yaxın günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənilidiyi bildirilir.

Bu səbəbdən sürücülərdən xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirməlidirlər.

Qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına mane törədə, yollarda sıxlıq və ləngəmələrə səbəb ola bilər. Eyni zamanda bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.

Sürücülərə hava şəraitini nəzərə almağa və səfərə hazırlıqlı çıxmağı tövsiyə edirik.