Gəncədə qətl hadisəsi - RTV

Gəncədə qətl hadisəsi baş verib. Hadisə gecə saatlarında şəhərin Atatürk prospektində yerləşən beş mərtəbəli yaşayış binalarının birinin qarşısında qeydə alınıb.

Belə ki, əslən Kəlbəcər rayon sakini, Daşkəsən rayonunda qeydiyyatda olan, hazırda şəhərin Məhsəti qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Zamir Rzayev tanıdığı şəxs tərəfindən bir neçə bıçaq xəsarəti alıb. Gənc oğlan xeyli qan itirdiyindən hadisə yerində həyatını itirib.

Araşdırma zamanı məlum olub ki, hadisə tərəflər arasında nalayiq sözlər üstündə olub. Hər iki şəxsin tanış olduğu bildirilir. Qətlə yetirilən 23 yaşlı gənc oğlan subay olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.