2026-cı il yanvarın 1-dən etibarən fiziki şəxslərin yaşayış sahələrini kirayə verməsindən əldə etdiyi gəlirlərə tətbiq olunan vergi dərəcəsi 10% təşkil edəcək. Əvvəllər bu vergi 14% idi. Bu dəyişikliklə 400 manata evlərini kirayə verən şəxslər əvvəlki 56 manat əvəzinə 40 manat vergi ödəyəcəklər.
Bu yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən və ya hüquqi şəxslərə kirayə verilən əmlaka aid deyil. Məqsəd vergidən yayınmanın qarşısını almaq və kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etməkdir.
2026-cı ildən vergi qeydiyyatına alınmaq üçün ərizə verməyən şəxs 200 manat cərimə olunacaq. Həmçinin kirayə gəlirinə görə hesabat verməyənlər 40 manat, vergi məbləğini azaldıb yayandıranlar isə azaldılmış və ya yayandırılmış verginin 50%-i qədərində cərimələnəcəklər.