“Bir çox yerlərdə məcburi köçürmələr olacaq” - Zaur Mikayılov - RTV

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında qanunsuz tikililərin həm infrastruktur, həm də sakinlər üçün təhlükə yaratdığını bildirib.

Zaur Mikayılov qeyd edib ki, bu zonalar inventarlaşdırılacaq, qanunvericiliyə uyğun tədbirlər görüləcək və bəzi ərazilərdə məcburi köçürmələr həyata keçiriləcək.

O, su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilələrin qarşısının alınması üçün yeni qaydaların tətbiq olunduğunu və əlavə tədbirlərin Nazirlər Kabinetinə təqdim ediləcəyini vurğulayıb.