Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - RTV

Zaqatalada dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə gecə saatlarında Zaqatala şəhərinin Ərəblinski küçəsi 50 ünvanında qeydə alınıb.

1960-cı il təvəllüdlü Sura Səmədova, 1994-cü il təvəllüdlü İranə Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasının birinci təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Müayinələr və zəruri tibbi yardım göstərildikdən sonra İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar. Sura Səmədovanın müalicəsi isə Zaqatala rayon mərkəzi xəstəxanasında davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.