RTV Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yanvar ayının 9-u və 10-na olan hava haqqında proqnoz açıqlayıb.
Gülşad Məmmədovanın sözlərinə görə, yanvarın 9-u və 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Axşam şimal-qərb küləyi əvəz olunacaq. 10-u gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13 dərəcə isti olacaq.
Bölgələrdə də 9-u səhər dağlıq ərazilərdən başlayaraq 10-u axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu Aran rayonlarında 11-16, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq.