8 yanvarın hava proqnozu açıqlandı - RTV

Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə aşağıdan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.