Zaqatalada ağır qəza - RTV

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Qəza rayonun Yuxarı Tala kənd ərazisində qeydə alınıb. Vaz 21015 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. İstintaq aparılır.