Sabahdan bu metrostansiyanın çıxışlarından biri bağlanacaq - RTV

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Memar Əcəmi stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanıldığını elan edib.

Məlumata görə, keçidin divarlarında 260 kvadrat metr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq. Döşəmədə isə 370 kvadrat metr sahədə mozaika üzlüyü qranitlə dəyişdiriləcək.

Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq. Stansiyanın dördüncü çıxışı müvəqqəti bağlanacaq. Qurum sərnişinlərdən məhdudiyyətləri nəzərə almalarını xahiş edir.