Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq - RTV

Son aylarda müəllimlərin maaş artımı ilə bağlı gözləntilər yenidən gündəmə gəlib. İqtisadçı Natiq Cəfərli büdcə təşkilatlarında çalışanların, o cümlədən müəllimlərin əmək haqqına müəyyən əlavələr olunacağını bildirib.

Natiq Cəfərli qeyd edib ki, bu istiqamətdə ay ərzində Nazirlər Kabinetinin qərarı və ya prezidentin sərəncamı ilə dəyişikliklər baş verə bilər. İqtisadçı artımın həcmi ilə bağlı dəqiq fikir söyləməyin çətin olduğunu, lakin maaş artımının gözlənildiyini və bu ilin əvvəlində belə bir qərarın verilməsinin ehtimalının yüksək olduğunu vurğulayıb.