Müəllimin keçmiş əri məktəbdə onu ölümlə hədələdi - RTV

Ağstafa rayonunda ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs həbs olunub. Hadisə Ağstafa şəhərində yerləşən Hüseyn Arif adına musiqi məktəbində baş verib.

1980-ci il təvəllüdlü Səlim Bağırov sərxoş halda musiqi məktəbinə gələrək orada müəllim işləyən keçmiş həyat yoldaşı Fidan Rəhimovanı təhqir edib, məktəbin normal iş ahəngini pozaraq xuliqanlıq hərəkətlərinə yol verib.

Fidan Rəhimovanın polisə şikayət etməsindən sonra Səlim Bağırov polis tərəfindən saxlanılıb. Onun barəsində Ağstafa rayon polis şöbəsində inzibati protokol tərtib edilib.

Fidan Rəhimova ifadəsində iki il əvvəl boşandığını, lakin keçmiş ərinin onu rahat buraxmadığını bildirib. Səlim Bağırov isə ifadəsində keçmiş xanımı ilə barışmaq istədiyini söyləyib.

Ağstafa rayon məhkəməsinin qərarı ilə Səlim Bağırov yeddi sutkalıq inzibati həbs edilib.