Azərbaycana gətirilən dərmanlar kəskin bahalaşdı - RTV

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan məhsullar arasında ən çox bahalaşan mallar dərman vasitələri olub. Əczaçılıq məhsullarında 55% bahalaşma qeydə alınıb. Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə dərman idxalının həcmində artım qeydə alınmayıb. Belə ki, 2024-cü ilin 10 ayı ərzində Azərbaycana 430 milyon dollar dəyərində dərman idxal edildiyi halda, 2025-ci ilin eyni dövründə idxalın həcmi 424,7 milyon dollar təşkil edib.

Keçən ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 424 milyon 100 min manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur. Qeyd edək ki, Azərbaycanda əczaçılıq və tibbi məhsullara xərclənən vəsait ümumi pərakəndə satışdakı xüsusi çəkisi 2-3% arasında dəyişir.