Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, 2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir.
Nazirin sözlərinə görə, bu il pensiyaların təqribən 9% artırılması, bunun üçün əlavə illik 636 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 1,1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir.
Anar Əliyev qeyd edib ki, indeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək.