İranda 11 gündür davam edən etirazlar nəticəsində 34 etirazçı və dörd hüquq mühafizə orqanı əməkdaşı həlak olub. Bu barədə ABŞ-də yerləşən İranda insan haqları fəallarının internet sayında dərc olunmuş hesabatda deyilir. Hesabatda ölkə üzrə ümumilikdə 348 yerdə baş verən etirazlarda onlarla insanın yaralandığı və 2217 nəfərin saxlandığı bildirilir. İran hökuməti etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.