İran prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb.
Məsud Pezeşkian bildirib ki, hər hansı zorakı hərəkətlərdən və ya məcburiyyətdən qaçınmaq lazımdır. O, əlavə edib ki, son dərəcə təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət qurulmalı və İran xalqının tələblərinə əməl edilməlidir.