Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılır. İdxal rüsumunun artırılması qiymətlərin bahalaşmasına səbəb olacaq.
İqtisadçılar bildiriblər ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır.
Hazırda bir kiloqramı 25 manat olan kərə yağı bu ildən 29-30 manata satıla bilər.
İqtisadçılar bildiriblər ki, qiymətlər onsuz da yüksəkdir. Bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq.
2017-ci ildə tətbiq edilən 15% idxal rüsumu 5%-ə endirilmişdi. Bu güzəşt bu il uzadılmayıb.