Azərbaycanda benzinin qiyməti artırıldı - RTV

Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb. Bununla bağlı Tarif Şurası qərar qəbul edib.

Məlumata görə, Tarif Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin bir litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin bir litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Qərarlarla Tarif Şurasının rəsmi saytının Şuranın qərarları bölməsində tanış olmaq olar.