"Real Madrid" Arbeloanı da istefaya göndərə bilər - RTV

"Real Madrid" klubu hazırki baş məşqçi Alvaro Arbeloanı istefaya göndərə bilər. Bu barədə Zatchline məlumat yayıb. Belə ki, "Real Madrid" rəhbərliyi komandaya uyğun olmadığını düşündükləri təqdirdə Alvaro Arbeloanı istefaya göndərilməsi ilə bağlı tərəddüd etmir. Kubokda məğlub olmalarına rəğmən rəhbərlik hesab edir ki, yekun qərar qəbul edilməzdən əvvəl Arbeloa daha bir maç şansı qazanıb.

Kral klubu ölkə kubokunun səkkizdə bir finalında Seguntada çıxış edən Albaseteyə 2-3 hesabı ilə uduzub. Qeyd edək ki, Alvaro Arbeloa yanvarın 13-də "Real Madridin" baş məşqçi postunda Xabi Alonsonu əvəzləyib.