Rumıniyanın FCSB klubu "Qarabağ"la yoxlama oyunu keçirməkdən imtina edib.
Komandanın meneceri Mixay Stoyka Prime Sporta açıqlamasında "Qarabağ"dan oyun təklifi aldıqlarını təsdiqləyib. Stoyka bildirib:
"Qarabağ bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu. Lakin onlarla oynasaq bu əhval-ruhiyyəmizi aşağı sala bilər. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz yanvarın 16-da "Beşiktaş"la oynayacağıq".Qeyd edək ki, "Qarabağ" yanvarın 10-dan 17-nədək Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olacaq.