Türkiyənin Antalya şəhərində təlim məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama oyununa çıxacaq. Komanda Özbəkistanın "Neftçi" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. "Qarabağ" Misli Premyer Liqasında qış fasiləsinə 36 xalla ikinci pillədə yollanıb. "Neftçi" isə Özbəkistan Super Liqasının başa çatan 2025-ci il mövsümünün çempionu olub.