Türk Hava Yolları Tehrana uçuşları ləğv etdi - RTV

Türk Hava Yolları İstanbuldan İranın paytaxtı Tehrana planlaşdırılan uçuşları ləğv edib. Uçuşların ləğv edilməsinə səbəb İranda cümə namazından sonra gözlənilən etiraz aksiyaları ilə bağlı ehtiyat tədbirlərinin görülməsidir. İranda 10 gündən çoxdur ki, iqtisadi böhran fonunda hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.