Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı - RTV

Çeçenistan rəhbəri Ramazan Kadırovun oğlu Adam Kadırov tibbi təyyarə ilə Moskvaya aparılıb. Bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, təyyarə gecə saatlarında Moskvanın Vunkova aeroportunda yerə enib. Onun ardınca Ramazan Kadırovun da təyyarəsinin hava limanında eniş etdiyi qeyd olunub.

Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya uğrayıb. Hadisə nəticəsində yaralanan Adam Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.