Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə ediblər.