Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Məlumatda bildirilir ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.
Sürücülərə diqqətli olmaq tövsiyə edilir.