Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam - RTV

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib. Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Anar Camaloğlu İsgəndərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd olunur ki, Anar İsgəndərovun sabah 70 yaşı tamam olacaq.