Bakıda 3 avtobus toqquşdu - RTV

Bakıda 3 avtobusun iştirakı ilə yol qəzası baş verib. RTV-nin yaydığı məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Qəza, Hövsan qəsəbəsi, Qum adası, Zığ kəndi, Qaraçuxur istiqamətində hərəkət edən 103 nömrəli avtobusun iştirakı ilə baş verib. Digər avtobusların marşrut xətti dəqiqləşdirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.