Dekabrın 9-da Astara rayonu Şah Ağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1999-cu il təvəllüdlü Həsənov Ağdədə Famil oğlunun meyiti suda tapılıb çıxarılıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.