"Anası gördü ki, uşağın meyiti suyun üstündədir" - Beyləqandakı dəhşətli hadisənin təfərrüatları-RTV

Beyləqan rayonunda dəhşətli hadisə baş verib. Tatallar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərindəki kanalizasiya quyusuna düşərək həlak olub.

Hadisənin təfərrüatları açıqlanıb. Məlumata görə, Uğur həyətdə oynayarkən kanalizasiya quyusuna düşüb. Uşağın anası hadisəni belə xatırlayır: "Anası ilə mən də ikimiz də burda idik. Sonra anası heyvanı mən içəridə dana vardı, onlara yem verirdi. Sonra anasından soruşdum ki, Yox anası məndən soruşdu ki, gədən oldu. Dedim aparmadın. Dedi yox, yoxdur. Sonra yoxdur deyəndə mən oraya getdim, qardaşım evdə oraya gedirdi həmişə. Anası da yüyürdü. Mən oraya gedəndə anası yüyürüb gəlib bura belə baxanda görürük ki, burda suyun üzündədir."

Faktla bağlı araşdırma aparılır.