Zaqatalada yol qəzası baş verib. Hadisə Zaqatala Danacı Aşağı Çardaqlar yolunun şimal-qərb massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 35 yaşlı Fərid Məmmədzadə BMW markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Fərid Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Zaqatala Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlər ona döş qəfəsinin əziyi diaqnozu qoyublar.
Faktla bağlı araşdırma aparılır.