Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonunda səfərdə olub. Səfər çərçivəsində Leyla Əliyeva Hil kənd məscidini ziyarət edib. O, bu barədə İnstagram hesabında paylaşım edib.
Qeyd edək ki, Qusar rayonunun Hil kənd məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Məscid çay daşı və çiy kərpicdən tikilib. Məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib.
Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır.