Beyləqan rayonunda iki mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. RTV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə ötən gecə rayon ərazisində yerləşən bələdiyyəyə məxsus 15 ailənin yaşadığı binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və geniş ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı binada yaşayan sakinlərdən xəsarət alan olmayıb.
Baş vermiş yanğın zamanı binanın dam örtüyü yanaraq sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.