Ölkədə müşahidə edilən dumanlı hava şəraiti ilə bağlı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşən Məmmədova RTV-yə açıqlama verib.
Gülşən Məmmədovanın sözlərinə görə, hazırda ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Göyçay, Zərdab, İmişli, Neftçala və Biləsuvarda dumanda görünüş 200-700 metrdək məhdudlaşır.
Gülşən Məmmədova bildirib ki, dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.