Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydası təsdiqlənib.
Bununla bağlı baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda diplomların müraciətinə əsasən elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir. Diplomun dublikatı bu qaydanın 2.6-cı bəndinə uyğun olaraq təsdiq edilir.
İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.