Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni nəqliyyat layihələri icra olunacaq. Bu layihələr çərçivəsində dəmir yolu infrastrukturunun genişləndirilməsi, sərnişin daşıma imkanlarının artırılması və yeni marşrutların istismara verilməsi planlaşdırılır.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Abşeron dairəvi dəmir yol marşrutu üzrə dəmir yol xəttinin qatar buraxma və sərnişin daşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur.
Dövlət proqramına əsasən, 2026-2028-ci illərdə Bakıxanov-Binəqala, 2026-2027-ci illərdə Yeni Suraxanı-Hövsan, 2028-2030-cu illərdə isə Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, həmçinin bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası planlaşdırılır.
Bəxtiyar Hacıyev bildirib: "Abşeron dairəvi dəmir yol marşrutu üzrə dəmir yol xəttinin qatar buraxma, eləcə də sərnişin daşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur."