Amnistiya ilə azadlığa çıxan müğənni yenidən məhkəməyə verildi - RTV

Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib. Hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-ə təyin edilib.

Dəniz Əsədova barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.