Ağdam sakini Xocalıda elektrik cərəyanı vurması nəticəsində ölüb. RTV-nin Qarabağ bürosunun xəbərinə görə hadisə Xocalı rayon ərazisində baş verib. Ağdam rayon Kolqışlaq kənd sakini 1973-cü il təvəllüdlü Əliyev Novşiravan Əvəzoğlunu Xocalı rayon ərazisində təmir bərpa işi görən zaman elektrik cərəyanı vurub. Baş verən hadisə zamanı Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.