Prezident yerli kanallara müsahibə verdi - RTV

[html]

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı 2025-ci ili Azərbaycan tarixinin ən uğurlu illərindən biri kimi qiymətləndirib. Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqtə qoyulduğunu vurğulayıb. Bu siyasi, iqtisadi və sosial sahələrdə də müsbət nəticələr verib. 907-ci düzəlişin aradan qaldırılması ABŞ ilə münasibətlərdə köklü dönüşə səbəb olub. Strateji tərəfdaşlıq xəritəsinin hazırlanması üçün işçi qrupu yaradılıb. Zəngəzur dəhlizi təsdiqlənib. Amerika Birləşmiş Ştatları prezidenti Trampın şahidliyi ilə sülh bəyannaməsi imzalanıb. Müsahibə zamanı xarici siyasətdə əldə olunan nailiyyətlərdən də söz açılıb. Dövlət başçısı Çinlə hərtərəfli strateji tərəfdaşlıq, D-8 təşkilatına və Mərkəzi Asiya Məşvərət Şurasına üzvlük, Xankəndidə eko zirvəsi, Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitinin keçirildiyini vurğulayıb. Türk dövlətləri arasında hərbi əməkdaşlıq, o cümlədən birgə təlimlər təklif olunub. Çinlə əmtəə dövriyyəsi 4 milyard dolları keçib. Yaşıl enerji, nəqliyyat və hərbi texniki sahələrdə əməkdaşlıq genişlənir. Sülh sazişi yeni investisiyalara yol açır. Ehtiyatlarımız bu gün 84 və ya 83 milyarddır. Sabah isə 85 olacaq. Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritetdir. İnfrastruktur yaradılıb. Artıq 70 min insan orada yaşayır. Bu il həmin rəqəmlər 120, 140 minə çata bilər. Zəngəzur dəhlizi reallaşır. Naxçıvanla bağlantı güclənir. Ordu quruculuğu davam edir. Müdafiə sənayesi inkişaf etdirilir. Özəl sektorların sərmayə qoyuluşu geniş vüsət alıb. Bərpa olunan enerji potensialı geniş istifadə olunur. 2030-cu ilədək isə bərpa olunan enerjinin 6000 meqavat olacağı planlaşdırılır. İqtisadiyyat müstəqildir. Sosial siyasət əsas prioritetdir. Maaşlar, pensiyalar artır. Özünəməşğulluq proqramı davam edir. Prezident dilimizin qorunmasının da əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Elm və təhsil saatları aparılır. Gənclərə bilik və savad tövsiyə olunur. Artıq turizm potensialı böyüyür. Bu gün ölkəmizə 5-6 milyon turist cəlb etmək realdır. Dövlət idarəçiliyində kadr islahatları vacibdir. Xüsusi nümayəndəlik modeli genişlənə bilər. Torpaq anlayışı dəyişib. Artıq işğal yoxdur. Quruculuq və inkişaf dövrüdür. Prezident İlham Əliyev müsahibəsini bu sözlərlə yekunlaşdırıb. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq. Və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var, güclü Azərbaycan dövləti var.

]