Prezident fərman imzaladı - RTV

Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında fərmanda dəyişiklik edilib. Bu barədə məlumat RTV kanalında yayımlanıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatının yenidən təşkili və ləğvini Azərbaycan prezidenti həyata keçirəcək.

Bundan başqa İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında prezidentlə razılaşdırılmaqla kredit təşkilatının nizamnaməsinin təsdiqi edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini gerçəkləşdirəcək.