Leyla Əliyeva Omanda səfərdədir - RTV

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığı hökumətinin dəvəti ilə bu ölkədə səfərdədir. Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azan Al-Busaidi qarşılayıb.

Səfər çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al-Mahruqi ilə görüşüb. Görüşdə Azərbaycan və Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Leyla Əliyeva göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və bu cür görüşlərin Azərbaycan-Oman münasibətlərinin inkişafına mühüm töhfə verdiyini qeyd edib.