FHN-in sabiq əməkdaşı Xankəndidə həbs edildi - RTV

[html]

Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Xankəndi şəhərində həbs edilib. 1996-cı il təvəllüdlü Elnur Rəhmanov azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğına Mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində çalışan Elnur 2025-ci ilin iyun ayının əvvəllərində Xankəndi şəhərinə ezam olunub və orada xidmətini davam etdirib. Bir gün Elnur həyətdə uşaqları gizlənpaç oynayan zaman Xankəndi şəhər 4 saylı orta məktəbin altıncı sinif şagirdi olan 2014-cü il təvəllüdlü qızın gizlənmək üçün yaxınlıqdakı binaya daxil olduğunu görüb. Elvin qızın arxasınca binaya daxil olub və onunla gizlənpaç oynamaq istədiyini desə də azyaşlı onun təklifini rədd edib. Elvin azyaşlıya dördüncü mərtəbədə boş otaq olduğunu deyib, onun həmin otaqda gizlənməsini təklif edib. Azyaşlı da təkliflə razılaşaraq digər azyaşlı tanışı ilə həmin mərtəbəyə qalxaraq orada gizlənmək istəyib. Həmin vaxt onların arxasınca otağa daxil olan Elvin azyaşlını tutaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Azyaşlı onun əlindən qaçaraq həyətə düşüb və özünü pis hiss etdiyi üçün evlərinə gedib. Məsələ ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Elnur saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Xankəndi şəhər məhkəməsinin hökmü ilə Elnur iki il azadlıqdan məhrum edilib.

]