Dəhşətli qəza: Ölən və xəsarət alanlar var - RTV

Salyan rayonunun Noxudlu kəndində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Salyan rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, yanvarın 5-i saat 17:20 radələrində dörd nəfər xəstəxanaya yerləşdirilib. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda yaralıların müalicəsi davam etdirilir və vəziyyətləri ağırdır. Xəsarət alanlardan biri xəstəxanaya çatdırılarkən artıq həyatını itirmişdi.

Faktla bağlı araşdırma aparılır.