Bu ölkələrdən ət almayacağıq - RTV

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Livanın Akkar, Bəəlbək Əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şauliyay qəzalarında isə bulutan xəstəliyi qeydə alınıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərindən zonalaşma prinsipi nəzərə alınmaqla müvafiq malların idxalına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının quruda yaşayan heyvanların sağlamlıq məcəlləsinə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.