Qol sınıqları var idi, ayaq sınığı var idi, qabırğa sınıqları var idi və qabırğalar ürək və ciyəri zədələmişdi.
Yanvarın 1-də saat 18 radələrində gördüyünüz bu ərazidə, yəni Baku City Kartinq əyləncə mərkəzində ölümlə nəticələnən hadisə baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Kamal Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. Hadisə nəticəsində Kamal Səfərli aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Biz hal-hazırda Baku City Kartinq əyləncə mərkəzində rəhmətə gedən Kamal Səfərlinin yaşadığı evinin önündəyik və biz çəkilişdən öncə onun valideynləri ilə həmsöhbət olmağa çalışdıq, amma onlar hal-hazırda özlərini yaxşı hiss etmədikləri üçün müsahibə verə bilmədilər və hadisənin təfərrüatlarını isə araşdıracağıq.
1 yanvar tarixində onlar, deməli, hazırlıqda olan dostlarla bir yerdə dərsdən sonra əyləncə məqsədi ilə Baku City Kartinqə yollanıblar. Hadisə hardasa 6-7-nin yarısında baş veribdir. Bizdə, yəni gördüyümüz görüntülərdən onu görmüşük ki, iştirakçılardan biri, yəni orada olan bir iştirakçı axının əks istiqamətinə hərəkət edir. Buna səbəbin dəqiq niyə olduğunu biz bilmirik. Orada texniki bir problem olubdur, yoxsa dəyib geri qayıdıbmı və nəzarət niyə ümumiyyətlə olmayıbdır. Və geri hərəkət etdiyi anda orada düz bir zolaq var ki, orada sürət həddində maksimal sürətdə yığmaq mümkündür. Həmin ərazidə bir-biri ilə toqquşurlar, yəni qarşı-qarşıya toqquşurlar. Toqquşma anında, yəni xanımın avtomobili sadəcə dayanır yerində, biraz sağa tərəf çəkilir. Kamalın avtomobili isə biraz havaya qalxır, sonra zərbə ilə böyürdəki qoruyucu təkərlərə dəyir və onun nəticəsində də həyatını itirir. Həkimlərin bildirdiyi məlumata görə, qol sınıqları var idi, ayaq sınığı var idi, qabırğa sınıqları var idi və qabırğalar ürək və ciyəri zədələmişdi. Sükan çox yaxın olur insan bədəninə. Ola bilsin ki, zərbənin təsirindən və gücündən, sürət həddindən toqquşma nəticəsində o sükana birbaşa dəyibdir və qabırğaları o zaman sınıb.
Bizi əsas maraqlandıran fakt ondan ibarətdir ki, niyə əks istiqamət olduqda kartinqdə heç bir anında heç bir hərəkət görülməyibdir, kartlar niyə dayandırılmayıbdır ümumiyyətlə. Sözsüz ki, bu araşdırmanın nəticəsində bəlli olacaq ki, bəlkə kimsə nəyisə etməyə çalışıb, amma çatdırmayıblar, amma mənim şəxsən gördüyüm video materialdan onu görürəm ki, kifayət qədər məsafəni geriyə xanım hərəkət eləyir, yəni hərəkət etdiyi müddət ərzində nəyisə etmək olardı, amma onun qarşısı heç kim almır. Biz çox istərdik ki, orada çox ciddi şəkildə araşdırma aparsın. Videolar tam montajsız və fasiləsiz olaraq, yəni o ərəfəni bizimlə, ailəmizlə paylaşsınlar ki, biz əmin olaq ki, qeyd olunur ki, yerində dünyasını dəyişibdir. Bəlkə o sağ idi, bəlkə ona vaxtında tibbi yardım göstərilməyibdir. Yəni biz bu bunların heç birindən məlumatsızıq və bir də o məqamı qeyd etmək istəyirəm ki, ümumiyyətlə valideynlərə xəbər dörd saatdan sonra bildirilibdir və artıq bildiriləndə valideynlərə sadəcə zəng eləyib deyiblər ki, övladınız Respublika Xəstəxanasının morqundadır. Bu məsələdə əsas bizim çalışdığımız odur ki, təhlükəsizlik tədbirləri çox güclü olsun morqundadır. Bu məsələdə əsas bizim çalışdığımız odur ki, təhlükəsizlik tədbirləri çox güclü olsun. Sabah heç kimin başına belə hadisə baş verməsin. Bir çox mərkəzlərdə yeniyetmələr, məktəblər gedirlər və orada onlara razılıq kağızı verilir ki, yəni onlar imza atırlar ki, bir şey hal baş versə, yəni biz özümüz məsuliyyət daşıyırıq, amma onu vurğulamaq istəyirəm ki, qanunvericiliyə görə yetkinlik yaşına çatmayan heç bir şəxs valideynlərin yazılı imzası razılığı olmadan özləri atdığı heç bir imza qanuni qüvvəyə minmir. Ona görə çox ciddi olmaqları və bütün valideynləri öz övladlarına ciddi şəkildə nəzarət etməyə buradan çağırış edirəm.
Məsələ ilə bağlı Baku City Kartinq əyləncə mərkəzi ilə dəfələrlə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı. Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.
[/html]