Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkənin digər yerlərində də tətbiq oluna biləcəyini bildirib. Deputat Vüqar Bayramov prezidentin bu açıqlamasının yerli idarəetmə strukturunun təkmilləşdirilməsi baxımından vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevrilməsi üçün struktur islahatlarının rolu böyükdür. Hazırda Azərbaycanda 14 iqtisadi rayon və Bakı və Naxçıvan MR daxil olmaqla 76 rayon mövcuddur. Struktur və institusional islahatlar Azərbaycan üçün yeni idarəetmə modelinin yaradılmasına xidmət edəcək.